İcarəyə verilir 5 otaqlı ofis 180 m², Nəsimi r.
Nəsimi rayonu Azadlıq prospektinə yaxın ərazidə şəhərin ən işlək və prestijli nöqtələrindən birində Yanan Ağ Çiçəyim mağazasının arxasında yerləşən yeni tikili binanın birinci mərtəbəsində sahəsi 180 kv olan iki mərtəbəli geniş və funksional ofis icarəyə verilir
Ofis 16 mərtəbəli yeni tikili binanın birinci mərtəbəsində yerləşir və ayrıca rahat girişə malikdir. Ofisin ümumi planlaşdırılması olduqca əlverişlidir və müxtəlif fəaliyyət sahələri üçün uyğun şərait yaradır
Birinci mərtəbə 60 kv sahədən ibarətdir və giriş hissəsi kimi rahat istifadə olunur. İkinci mərtəbədə isə geniş bir zal, üç ayrıca otaq və mətbəx yerləşir.
Ofisdə ümumilikdə üç sanuzel mövcuddur və sanuzellərdən biri müdir otağının daxilində yerləşir ki.İstilik sistemi kombidir və otaqlarda kondisionerlər quraşdırılıb.
Ofis səliqəli və istifadəyə hazır vəziyyətdədir. Şəkillərdə görünən əşyalar ofisdə qalır və istifadəyə daxildir.
Yerləşdiyi ərazi baxımından da ofis çox əlverişlidir. Azadlıq prospektinə yaxın olması, şəhərin mərkəzi hissəsində yerləşməsi və ətrafda çoxsaylı obyektlərin və bizneslərin fəaliyyət göstərməsi buranı ofis üçün olduqca cəlbedici edir
Əlavə suallarınız yaranarsa əlaqə saxlaya bilərsiniz