Salam, öz şəxsi evimi satışa çıxardıram.
Evin kupçası var, öz adımadır. ( Xüsusi mülkiyyət )
Evin tikilişi kifayət qədər yaxşıdır, həm daxili həm də xarici divarları 2 daş ilə tikilib. Evin tikintisində 3 monolit beton qatından istifadə olunub( 1-ci mərtəbə pol, mərtəbə arası və 2-ci mərtəbə tavan)
1-ci mərtəbədə qonaq otağı, mətbəx, holl, dəhliz, sanitaq qovşaq, hamam otağı var.
2-ci mərtəbədə 4 ədəd yataq otağı, dəhliz, sanitar qovşaq, balkon var.
Ev tam təmirlidir, təmirində istifadə olunan materiallar həm keyfiyyət həm də qiymət baxımından yüksəkdir.
Tikinti mütəxəssisi gətirib sadaladıqlarıma baxdıra bilərsiz ki, həqiqətəndə elədir.
Həyət 2 maşınlıq naves, oturmaq üçün naves, sanitar qovşaq və güllü çiçəkli, meyvə ağacları olan bağdan ibarətdir. Həmçinin evin arxasında 70 m2 torpaq sahəsi var. Evin hər tərəfinə fırlanmaq olur.
Yüksək çəkiliş qabiliyyətli kameralar hər tərəfdə quraşdırılıb, 7/24 çəkiliş var.
Qaz, su, işıq kəsintisi olmur, hamısı daimidir.
Məhəllə tam asvaltdır, kanalizasiya sistemi var. Ən əsası qapalı və sakit məhəllədir.
Qeyd: Yalnız Real Alıcı Əlaqə Saxlasın !